Azərbaycan paytaxtında Xocalı soyqırımının 27-ci ildönümü münasibəti ilə yürüş keçirilir.

Bakıxəbər.az xəbər verir ki, yürüş iştirakçıları Bakı Dəniz Vağzalının qarşısından başlayaraq “Ana harayı” abidəsinə doğru hərəkət edir.

Tədbirdə Azərbaycan Prezidenti İlham Əliyev, Birinci vitse-prezident xanım Mehriban Əliyeva, hökumət və dövlət rəsmiləri, millət vəkilləri, ziyalılar qatılıblar.

Yürüşdə on minlərlə insan iştirak edir.