Hazırda şəhər ərazisində bir sıra istifadə olunmayan dəmiryol təhkim zolağı və istifadə olunmayan yük xətləri vardır.

Bakıxəbər.az xəbər verir ki, bu barədə bu gün ictimaiyyətə təqdim edilmiş Bakının Baş Planında qeyd edilib.

Məlumatda vurğulanır: “Qeyd olunan mövcud infrastruktur yenidən aktivləşdirilə və “tramvay-elektrik qatarı” sisteminin tətbiqində bu infrastruktur imkanlarından istifadə oluna bilər”.

Xatırladaq ki, Bakıda tramvayların bərpası “Yol hərəkətinin təhlükəsizliyinə dair 2019–2023-cü illər üçün Dövlət Proqramı”nda da öz əksini tapıb. Paytaxtda 80 ilə yaxın tarixi olan tramvay xətlərinin yenidən bərpası nəzərdə tutulur.

Şövkət Hüseyinova