Rusiya və Türkiyənin xarici işlər nazirləri Sergey Lavrov ilə Mövlud Çavuşoğlu Bakıda ikitərəfli görüş keçirirlər.

Bakıxəbər.az xəbər verir ki, görüş Bakıda keçirilən Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QİƏT) Xarici İşlər Nazirləri Şurasının 39-cu iclası çərçivəsində baş tutub.

Təkbətək görüş zamanı tərəflər ikitərəfli əməkdaşlığı, eləcə də aktual regional məsələləri müzakirə edəcəklər.