Bakının Binə qəsəbəsi ərazisində qatarın sərnişin avtobusu ilə toqquşmasında qatar maşinistinin heç bir günahı olmayıb.

Bakıxəbər.az-a bu barədə açıqlamasında “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova söyləyib.

Onun sözlərinə görə, avtobusu idarə edən sürücü giriş qadağan olduğu halda qorunan əraziyə daxil olub: “Həmin ərazi qorunan hissədir. Ərazidə dəmir yoluna giriş şlaqbaumları hər iki tərəfdə bağlı olub. Orada qatarın sürəti 40 km/saat göstərilsə də, hərəkətdə olan qatarın sürəti 30 km/saat olub. Avtobus sürücüsü şlaqbaumların bağlı olmasına baxmayaraq, qatar yoluna çıxıb və toqquşub. Hazırda hadisə yerində araşdırmalar aparılır”.

Xatırladaq ki, bu gün saat 14:35 radələrində Bakının Binə qəsəbəsi ərazisində 160 saylı xətt marşrutu üzrə hərəkət edən sərnişin avtobusu ilə qatar toqquşub. Hadisə nəticəsində 1 nəfər azyaşlı dünyasını dəyişib, 20-dən çox sərnişin xəsarət alıb.

Hadisə nəticəsində xəsarət alanlar – 1979-cu il təvəllüdlü Əliyev Müdafiə Fazil oğlu, 1963-cü il təvəllüdlü Abbasəliyeva Qaratel Baxşəli qızı, 1968-ci il təvəllüdü Ağayeva Aybəniz Aslan qızı, 1995-ci il təvəllüdlü Mustafayeva Rəmzi Şəfayət qızı, 1999-cu il təvəllüdlü Qasımova Əsli Səfər qızı, 1999-cu il təvəllüdlü Səfərli Ülviyyə Fariz qızı, 1962-ci il təvəllüdlü Əliyev Şakir Pənah oğlu, 1992-ci il təvəllüdlü İsmayılova Şəhla Rasim qızı, 1984-cü il təvəllüdlü Əliyev Ruslan İmran oğlu, 1999-cu il təvəllüdlü Ağayeva Rubay Cəfər qızı, 1995-ci il təvəllüdlü Aşurova Şəhla Fərrux qızı, 1981-ci il təvəllüdlü Məmmədova Güladə Mirzəli qızı, Novruz Salmanov, 2000-ci il təvəllüdlü Hacızadə Ofelya Anar qızı, 1985-ci il təvəllüdlü İsmayılov Məhəmməd Vidadi oğlu, 1984-cü il təvəllüdlü Ağayev Camal Ağadaş oğlu, 1987-ci il təvəllüdlü Əzimov Məmməd Sabir oğlu, 1969-cu il təvəllüdlü Bayramov Tanrıverdi Əsəd oğlu, 1964-cü il təvəllüdlü Əsgərli Bəhruz Mirzə oğlu, 1986-cı il təvəllüdlü Şirəliyev Əlixan Əlibaba oğlu, 1986-cı il təvəlıüdlü Mehdiyev Aslan Loğman oğlu, 1995-ci il təvəlıüdlü Aşurova Əlvanə Fərrux qızı 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdiriliblər. Yaralılardan 3 nəfərin vəziyyəti ağır olduğundan əməliyyat olunublar.

Hadisə nəticəsində xəsarət alan 5 nəfər azyaşlı – 2013-cü il təvəllüdlü Mustafayeva Xədicə Fuad qızı, 2013-cü il təvəllüdlü Aşurova Günay Rizvan qızı, 2003-cü il təvəlıüdlü Razimova Sona Mahir qızı, 2010-cu il təvəllüdlü Əliyev Murad Müdafiə oğlu və 2008-ci il təvəllüdlü Əliyeva Fatimə Müdafiə qızı həmin xəstəxanaya yerləşdirilib.

Xəstəxanadan bildiriblər ki, azyaşlıların həyatı təhlükəsi yoxdur.