Bakıda ilk dəfə Peru rəssamlarının sərgisi açılıb. Sərgi Perunun Azərbaycandakı səfirliyi, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Mədəniyyət Nazirliyi və “Arts Council Azerbaijan” təşkilatının təşəbbüsü ilə reallaşıb. Sərgidə dörd perulu rəssamın əsərləri nümayiş olunub. Rəssamların hər biri And dağlarının əzəmətini, meşələrini, füsunkar dağların ətəklərindən axan Amazon çayını, gölləri, quraq və qumlu sahil düzənliklərinin gözəlliklərini əsərlərində özünəməxsus şəkildə əks etdiriblər.

Bakıxəbər.az  xəbər verir ki, tədbiri Perunun Azərbaycandakı səfiri Mariya Milaqros Kastanyon Seoane açıb. O bildirib ki, sərgidə 4 rəssamın  əsasən, təbiət təsvirlərindən ibarət olan sulu boya ilə işlənmiş 26 əsəri təqdim olunur.

Sərgi oktyabrın 6-dək fəaliyyət göstərəcək.