Bakıda orta məktəbdən oğurluq olub.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, Bİnəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinə rayon ərazisindəki orta məktəblərin birindən oğurluq edilməsi barədə müraciət daxil olub.

Müraciətlə əlaqədar müvafiq araşdırmalar aparılmış və 300 manat dəyərində proyektorun oğurlandığı müəyyən edilib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində bu cinayət əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini olan2yeniyetmə saxlanılıb.

Araşdırma aparılır.