Bakıda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi olub.

Bu barədə Bakıxəbər.az Bakı Nəqliyyat Agentliyinə istinadən xəbər verir.

Məlumata görə, hadisə Heydər Əliyev prospektində, Bakı Olimpiya Stadionunun yaxınlığında qeydə alınıb. İlkin məlumata görə, hadisə zamanı 1 nəfər ölüb. Qəza ilə əlaqədar Mərdəkan qəsəbəsi istiqamətində nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə olunur.

Şölə Beyləqanlı (Ş Hüseyinova)