Bakıda mənzildən pul oğurlayan şəxs tutulub.

Bu barədə “Report”a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Belə ki, Xəzər rayon Polis idarəsinin 1-ci polis şöbəsinin əməkdaşları tərəfindən oktyabrın 23-də Türkan qəsəbəsindəki evlərin birindən 1100 manat oğurlamaqda şübhəli bilinən ev sahibəsinin qohumu Tural Nuriyev saxlanılıb.