Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində arvadını yandıraraq öldürməkdə təqsirləndirilən Məsud Müzəffərovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

“Report”un xəbərinə görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı başa çatıb.

Prokuror çıxışında müttəhimin 18 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

O, məhkəmənin hökmü ilə 18 il müddətinə azadlıqdan məhrum olunub.

Qeyd edək ki, hadisə bu ilin aprel ayında Bakının “Memar Əcəmi” metrostansiyasının yaxınlığında yerləşən “Manat Shop” mağazasında baş verib. Həmin ünvanda M.Müzəffərov həyat yoldaşı Aytəkin Müzəffərovanın başına benzin tökərək yandırıb. Nəticədə qadın dünyasını dəyişib.