Bakıda yol qəzası baş verib.

“Report”un məlumatına görə, hadisə Xəzər rayonunun Binə qəsəbəsində qeydə alınıb.

Belə ki, BMW və “Jiquli” markalı avtomobillər toqquşub. Nəticədə BMW-dəki sərnişinlərdən biri olan azyaşlı xəsarət alıb. Yaralı xəstəxanaya aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Ramin Şahbazov