Bu gün Bakıda Azərbaycan və Avropa İttifaqı(Aİ) arasında yeni saziş üzrə danışıqların növbəti mərhələsi keçirilir.

Bakıxəbər.az xəbər verir ki, iclasın əsas mövzusu ticarət məsələləridir.

Bakıdakı danışıqlarda Aİ-nin nümayəndə heyətinə Avropa Ticarət Komissiyasının nümayəndəsiPetros Sremelis rəhbərlik edir.

Daha əvvəl Aİ-nin Azərbaycandakı nümayəndə heyətinin rəhbəri, səfirKestutis Yankauskas “Report”a açıqlamasında görüşün bağlı qapılar arxasında keçiriləcəyini bildirmişdi. Görüşdə həmçinin siyasi məsələlər də müzakirə ediləcək.