Bakıda avtomobil yolu keçən naməlum şəxsi vuraraq öldürüb.

“Report”un xəbərinə görə, hadisə oktyabrın 29-da, 21:30 radələrində, Nizami rayon, Heydər Əliyev prospektində baş verib.

Belə ki, paytaxt sakini Samir Mehdiyev etibarnamə əsasında idarə etdiyi “Ravon Nexia” markalı avtomobili ilə metronun “Koroğlu” istiqamətində hərəkətdə olan zaman yolu keçmək istəyən 40-50 yaşlarında şəxsiyyəti məlum olmayan kişini vurub.

3 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılan yaralı orada ölüb.

Faktla bağlı Nizami Rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, Bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb.