Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, hadisə Binəqədi rayonunda qeydə alınıb.

Sulutəpə qəsəbəsində avtomobil yolu keçən 1968-ci il təvəllüdlü Əkbərova Firuzə Hüseynqulu qızını vurub. Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin və bədənin müştərək travmaları diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.