Bakıda yol qəzası baş verib.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Belə ki, yanvarın 9-u saat 8 radələrində Sabunçu rayonu ərazisində Lerik rayon sakini O.Əkbərov idarə etdiyi “Hyundai” markalı avtomobillə yolu keçən Bakı şəhər sakini N.Cavadovu vurub. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Sabunçu Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

 Şölə Beyləqanlı (Hüseyinova)