Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bakıxəbər.az-ın məlumatına görə, hadisə Qaradağ rayonunda qeydə alınıb.

Müşfiq qəsəbəsində yolu keçən 1956-cı il təvəllüdlü Məmmədov Bəbirşah Əhməd oğlunu avtomobil vurub. Yaralı xəstəxanaya çatdırılıb və tibbi yardım göstərilib.

Şövkət Hüseyinova