Bakıda bıçaqlanma hadisəsi baş verib.

“Report”un məlumatına görə, hadisə Binəqədi rayonunda qeydə alınıb.

Belə ki, 1981-ci il təvəllüdlü Hafizov Fuad Mürsəl oğlu tanıdığı şəxslə mübahisə edib. Mübahisə dava ilə nəticələnib. Dava zamanı F.Hafizov bıçaqlanıb.

Yaralı təcili yardımın köməyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sol said nahiyəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.