“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirovanın Bakıxəbər.az-a verdiyi məlumata görə,hərəkət cədvəlində birgünlük dəyişiklik ediləcək

Bakı-Sumqayıt-Bakı elektrik qatarlarının hərəkət cədvəlində birgünlük dəyişiklik ediləcək.

Belə ki, dəmir yolunun Bakı-Keşlə mənzilində aparılan təmir işləri  ilə əlaqədar olaraq, 04 may  2019-cu il  tarixində, şənbə, bazar və bayram günlərində hərəkətdə olmayan qatarlardan başqa,Sumqayıtdan saat 08-40-da yola düşən 6012 nömrəli,  Sumqayıtdan saat 09-05-də yola düşən 6014 nömrəli, Sumqayıtdan saat 09-50-də yola düşən 6016 nömrəli, Sumqayıtdan saat 16-55-də yola düşən 6018 nömrəli və Bakıdan saat 16-00-da yola  düşən 6007 nömrəli elektrik qatarları hərəkətdə olmayacaq.