“Azərbaycan Dəmir Yolları” QSC-nin Mətbuat Katibliyi Şöbəsindən Bakıxəbər.az-a verilən məlumata görə,Nazirlər Kabinetinin qərarına əsasən, karantin rejiminin müddətinin avqustun 1-dək uzadılması ilə əlaqədar Abşeron Dairəvi dəmir yolunda Bakı-Sumqayıt-Bakı marşrutu üzrə hərəkət edən elektrik qatarlarının qrafikində dəyişiklik edilib.

Sərnişin sayını nəzərə alaraq, iyunun 30-dan Bakıdan saat 16:20-də yola düşən Bakı-Pirşağı-Sumqayıt, Bakıdan saat 18:55-də yola düşən Bakı-Xırdalan-Sumqayıt, Sumqayıtdan saat 17:13-də yola düşən Sumqayıt-Xırdalan-Bakı və Sumqayıtdan saat 20:43-də yola düşən Sumqayıt-Xırdalan-Bakı elektrik qatarların hərəkəti müvəqqəti olaraq dayandırılır.
Qrafik xüsusi göstərişədək qüvvədədir.
Əlavə məlumat üçün:
“Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat katibi
Natəvan Bayramovaya müraciət edə bilərsiniz:
055 698 18 36
012 499 42 56
n.bayramova@ady.az