“Azərbaycan Dəmir Yolları” QSC-nin Mətbuat Katibliyi Şöbəsindən Millətçilik.az-a verilən məlumata görə,Bakı-Sumqayıt-Bakı marşrutu üzrə elektrik qatarları iki gün hərəkətdə olmayacaq.
Nazirlər Kabinetinin qərarına müvafiq olaraq, iyunun 14-ü və 15-də Bakı-
Sumqayıt-Bakı marşrutu üzrə elektrik qatarlarının hərəkəti dayandırılacaq.
İyunun 16-dan qatarların cari qrafik əsasında Abşeron Dairəvi dəmir yolu
xətti üzrə hərəkəti bərpa olunacaq.