Mayın 19 və 20-də Bakı şəhərində gənclər, vətəndaş cəmiyyəti nümayəndələri, media təmsilçiləri və özəl sektor üçün “Qadınların İqtisadi Səlahiyyətləndirilməsinin Təşviqi, Ictimai Vəkillik və Diskriminasiyaya Məruz Qalmama, Bərabərlik Hüququ” mövzusunda növbəti ikigünlük təlim keçirilib. Təlim Avropa Birliyinin dəstəyi və BMT-nin İnkişaf proqramının icra etdiyi “Həssas əhalinin sosial-iqtisadi hüquqlarının gücləndirilməsində böyük rol oynaması üçün vətəndaş cəmiyyətinə imkanların yaradılması” proqramı çərçivəsində təşkil edilib. Təlimə Bakı, Sumqayıt, Ağdam, Şəki, Şamaxı, Quba, Qəbələ, Göyçay və müxtəlif regionları da təmsil edən, ictimai, siyasi, özəl və təhsil sektorunda çalışan və təhsil alan 15 xanım olmaqla 26 iştirakçı qatılıb. 
Bakı şəhərində “Qadınların İqtisadi Səlahiyyətləndirilməsinin Təşviqi, Ictimai Vəkillik və Diskriminasiyaya Məruz Qalmama, Bərabərlik Hüququ” mövzusunda  təlim keçirilib
Proqrama daxil olan “Azərbaycanın bölgələrində hüquqi çərçivə və qadınların sosial-iqtisadi səlahiyyətləndirilməsi vasitəsilə gender bərabərliyinin təşviq edilməsi üçün gücləndirilmiş vətəndaş cəmiyyəti dəstəyi” layihəsi üzrə BMT-nin İnkişaf Proqramının layihə üzrə baş məsləhətçisi, Demokratiya Monitoru İctimai Birliyinin rəhbəri Fuad Həsənov layihə və görülmüş işlər barədə məlumat verib, gender bərabərliyinin təşviq edilməsi və bu istiqamətdə vətəndaş cəmiyyətinin dəstəyinin təmin edilməsi üçün həyata keçirilən layihənin 2 mühüm komponentinin- qadınların səlahiyyətləndirilməsi və ayrıseçkiliyə məruz qalmama, bərabərlik hüququnun vacibliyini auditoriyanın diqqətinə çatdırıb. Qlobal Gender Fərqi İndeksində (Global Gender Gap İndex) Azərbaycanın reytinqinin pozitiv olmadığı, durumun yaxşılaşdırılması üçün hökumət, özəl sektor, vətəndaş cəmiyyəti, yerli özünüidarə orqanları, media, təhsil sektoru üzərinə düşən vəzifə və öhdəliklərdən danışıb. Daha sonra 2 günlük təlimin mövzuları və təlim iştirakçılarının gözləntilərinin doğruldulmasının vacibliyindən danışıb.
Bakı şəhərində “Qadınların İqtisadi Səlahiyyətləndirilməsinin Təşviqi, Ictimai Vəkillik və Diskriminasiyaya Məruz Qalmama, Bərabərlik Hüququ” mövzusunda  təlim keçirilib
Təlimin birinci günü qadın sahibkarlığına həsr olunub. İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin rəhbəri, iqtisad elmləri üzrə fəlsəfə doktoru Azər Mehtiyev Qadınların sosial-iqtisadi sahədə səlahiyyətləndirilməsi: müəyyənliyi, əhəmiyyəti və əsas xüsusiyyətləri; Qadınların səlahiyyətləndirilməsi: buna necə nail olmalı?; Azərbaycanda qadınların sosial-iqtisadi səlahiyyətləndirilməsinə əsas maneələrin aşkarlanması; Qadınların sosial-iqtisadi sahədə əlahiyyətləndirilməsi: Azərbaycanda mövcud durum; Qadınların sosial-iqtisadi sahədə səlahiyyətləndirilməsi üçün nə etməli? Təkliflərin hazırlanması; Qadınların sosial-iqtisadi səlahiyyətləndirilməsi: mövcud problemlərin həllinə yönəlik vəkillik strategiyasının işlənilməsi mövzuları üzrə 6 sessiyada iştirakçılarla interaktiv işləyib və 2 qrup işi təşkil edərək iştirakçıların qazanılmış biliklərinin səviyyəsini müəyyən edib.
Bakı şəhərində “Qadınların İqtisadi Səlahiyyətləndirilməsinin Təşviqi, Ictimai Vəkillik və Diskriminasiyaya Məruz Qalmama, Bərabərlik Hüququ” mövzusunda  təlim keçirilib
Təlimin 2-ci günü hüquqşünas, BDU-nun hüquq fakültəsinin müəllimi və beynəlxalq əlaqələr üzrə dekan müavini, hüquq elmləri üzrə fəlsəfə doktoru Gülnaz Ələsgərova tərəfindən aparılıb. Təlimin birinci günü bərabərlik hüququ; gender yanaşması və qeyri-ayrı-seçkilik daha geniş insan hüquqları çərçivəsində; gender ağırlıqlı birbaşa və dolayı ayrıseçkilik; təqib, qısnama, münasib yerləşmə şəraitinin yaradılması; istisna və bəraətlər mövzusuna həsr olunub. Ayrıseçkilik halları üzrə Avropa Məhkəməsinin müxtəlif ölkələr üzrə qəbul etdiyi qərarlar üzrə müzakirələr aparılıb.İştirakçılar tərəfindən ayrısçkiliyin monitorinqi üzrə qrup çalışmaları edilib.
Təlim zamanı müxtəlif qrup işləri aparılıb, uğurlu təcrübələr bölüşülüb, mövcud hüquq problemlərinin çözüm yolları müzakirə edilib. Təlimin sonunda təlim iştirakçılar tərəfindən yazılı sorğu vasitəsilə qiymətləndirilib.

Bakı şəhərində “Qadınların İqtisadi Səlahiyyətləndirilməsinin Təşviqi, Ictimai Vəkillik və Diskriminasiyaya Məruz Qalmama, Bərabərlik Hüququ” mövzusunda  təlim keçirilib