Bakı şəhər İcra Hakimiyyətinin (BŞİH) Bakı Şəhər Ticarət və Xidmət Departamentinin mətbuat xidməti ləğv olunub.

Bakıxəbər.az-ın xəbərinə görə, bununla ələqadar olaraq departamentin mətbuat xidmətinin rəhbəri Əliabbas Bağırov işdən çıxarılıb.

O, məlumatı “Report”a təsdiqləyib.

Ə.Bağırov bildirib ki, hazırda işsizdir və hələlik heç bir vəzifəyə təyin edilməyib.