Bakı-Quba yolunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un xəbərinə görə, hadisə yolun 9-cu km-də – Abşeron rayonu ərazisndən keçən hissəsində qeydə alınıb.

Belə ki, “Hundai Azera” markalı avtomobil anidən alışıb. Sürücü yanıq xəsarətləri alsa da, maşından çıxmağa müvəffəq olub.

Hadisə yerinə Fövqəladə Fallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin canlı qüvvəsi cəlb olunub. Yanğın söndürülüb.