“Bakı Metropoliteni” QSC generator almaq üçün elan etdiyi açıq tenderin nəticəsini açıqlayıb.

Bakıxəbər.az xəbər verir ki, tenderin qalibi Türkiyənin “MTU Motor Turbin Sanayi ve Ticaret” anonim şirkəti olub.

Sentyabrın 6-da qalib şirkətlə 6,33 mln. avro dəyərində satınalma müqaviləsi imzalanıb.