Yerli vaxtla saat 08:59-da uçan Azərbaycan Hava Yollarının (AZAL) J2-075 Bakı (GYD) – İstanbul (IST) reysini yerin yetirən hava gəmisinin komandiri texniki səbəbdən Heydər Əliyev Beynəlxalq Aeroportuna dönmək qərarını qəbul edib.

Bakıxəbər.az xəbər verir ki, bu barədə AZAL məlumat yayıb.

“Təyyarə Bakı hava limanında yerli vaxtla saat 09:33-də uğurlu eniş edib. Reysin sərnişinləri digər bir təyyarə ilə İstanbula yola salınacaqlar. Reysin statusu yeniləndikcə əlavə məlumat veriləcək”, – deyə məlumatda vurğulanıb.