“Azərbaycan Dəmir Yolları”QSC Mətbuat katibliyi  şöbəsinin rəisi Natəvan Bayramovanın Bakıxəbər.az-a verdiyi məlumata görə,Bakı- Horadiz
marşrutu ilə hərəkət edən sərnişin qatarında texniki nasazlıq yaranıb.

Bu gün saat 03:40 radələrində Bakı- Horadiz
marşrutu ilə hərəkət edən sərnişin qatarı Osmalı-Mürsəlli
mənzilində olarkən qatarda texniki nasazlıq yaranıb.
Nasazlıq aradan qaldırıldıqdan sonra qatar təyinatı
üzrə yola salınıb.
Nasazlığın səbəbləri araşdırılır.
Hadisə nəticəsində qatar 1 saat 10 dəqiqə ləngiyib.