“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirovanın bakixeber.az-a verdiyi məlumata görə, Bu vaxta qədər günaşırı hərəkətdə olan, Bakı-Gəncə-Bakı sürətli sərnişin qatarı, fevralın 4-dən başlayaraq hər gün reysə çıxacaq və yeni cədvələ uyğun olaraq, saat 845-də Bakıdan Gəncəyə və elə həmin gün saat 1700-da Gəncədən Bakıya yola düşəcək. Qatarın yolda olma vaxtı isə azaldılaraq 4 saat 15 dəqiqə təşkil edəcək.

2018-ci ilin dekabr ayının 30-dan etibarən istifadəyə verilən Bakı-Gəncə-Bakı sürətli sərnişin qatarına daha çox sərnişinlərin cəlb edilməsi və onların məmnunluğunu qazanmaq məqsədi ilə keçirilən sorğular nəticəsində “Azərbaycan Dəmir Yolları” QSC sözügedən marşruta mühüm dəyişikliklər tətbiq edəcək. Qatarın hərəkət qrafiki və gediş haqqı tarifləri ilə bağlı olan yeniliklər 2019-cu ilin fevral ayının 4-dən etibarən həyata keçiriləcək.

Belə ki, bu vaxta qədər günaşırı hərəkətdə olan, Bakı-Gəncə-Bakı sürətli sərnişin qatarı, fevralın 4-dən başlayaraq hər gün reysə çıxacaq və yeni cədvələ uyğun olaraq, saat 845-də Bakıdan Gəncəyə və elə həmin gün saat 1700-da Gəncədən Bakıya yola düşəcək. Qatarın yolda olma vaxtı isə azaldılaraq 4 saat 15 dəqiqə təşkil edəcək.

Gediş haqqı tariflərinə gəlincə, standart vaqonlarda qiymət 15 manatdan 10 manata endiriləcək. Birinci sinif (first class) və biznes vaqonlarda isə gediş haqqı dəyişilmədən saxlanılacaq. Standart vaqonlarda səhər yeməyinin və sərinləşdirici içkilərin pulsuz verilməsi isə dayandırılacaq. Sərnişinlər istədikləri zaman, qatarda yerləşən pullu avtomat köşklərdən istifadə edə bilərlər. Qeyd edək ki, birinci sinif (first class) və biznes vaqonlarda yemək və sərinləşdirici içkilərin verilmə qaydası dəyişməz olaraq qalacaq.

 

702/701 nömrəli Bakı-Gəncə-Bakı sürətli

 sərnişin qatarında gediş haqqı

CƏDVƏLİ  (04.02.2019-cu ildən)

 

 

 

Istiqamət

 

Məsafə

km

Siniflər üzrə Tariflər

(ƏDV daxil olmaqla)

(AZN)

Tam Uşaq
Standart Biznes Birinci klass Standart Biznes Birinci klass
Bakı-Gəncə 364 10.0 50.0 100.0 5.0 25.0 50.0
Bakı-Goran 319 10.0 47.0 93.0 5.0 23.5 46.5
Bakı-Yevlax 294 9.0 43.0 87.0 4.5 21.5 43.5
Biləcəri -Gəncə 350 10.0 47.0 93.0 5.0 23.5 46.5
Biləcəri -Goran 305 10.0 47.0 93.0 5.0 23.5 46.5
Biləcəri -Yevlax 280 9.0 43.0 87.0 4.5 21.5 43.5
Yevlax -Gəncə 70 3.0 15.0 30.0 1.5 7.5 15.0
Yevlax -Goran 25 2.0 11.0 23.0 1.0 5.5 11.5
Yevlax -Biləcəri 280 9.0 43.0 87.0 4.5 21.5 43.5
Yevlax – Bakı 294 9.0 43.0 87.0 4.5 21.5 43.5
Goran -Gəncə 45 3.0 12.0 25.0 1.5 6.0 12.5
Goran -Yevlax 25 2.0 11.0 23.0 1.0 5.5 11.5
Goran -Biləcəri 305 10.0 47.0 93.0 5.0 23.5 46.5
Goran- Bakı 319 10.0 47.0 93.0 5.0 23.5 46.5
Gəncə – Goran 45 3.0 12.0 25.0 1.5 6.0 12.5
Gəncə – Yevlax 70 3.0 15.0 30.0 1.5 7.5 15.0
Gəncə – Biləcəri 350 10.0 47.0 93.0 5.0 23.5 46.5
Gəncə – Bakı 364 10.0 50.0 100.0 5.0 25.0 50.0

 

Qeyd:

Sərnişinin 5 yaşadək bir uşağı (əgər o ayrıca yer tutmursa) özü ilə pulsuz aparmaq hüququ vardır. Bu zaman uşaq üçün pulsuz gediş sənədi tərtib edilir.

– 5 yaşa qədər uşaq ayrıca yer tutarsa, ona uşaq tarifi üzrə gediş sənədi (bileti) alınmalıdır.

– sərnişinlə gedən bir uşaqdan artıq 5 yaşa qədər uşaqların hər birinə uşaq tarifi ilə gediş sənədləri (biletlər) alınmalıdır.

– 5 yaşdan 10 yaşadək uşaqlara gediş sənədləri (biletləri) uşaq tarifi ilə sənədləşdirilir.

– 10 yaşdan böyük uşaqlara tam tarif ilə gediş sənədləri (biletlər) tətrtib edilir.