“Azərbaycan Dəmir Yolları” QSC Mətbuat katibliyi şöbəsinin  Bakıxəbər.az-a verdiyi məlumata görə, Dövlət Bayrağı Günü münasibətilə Bakı-Gəncə-Bakı istiqamətində əlavə qatar təyin edilir.

Məqsəd Dövlət Bayrağı Günü münasibətilə  Bakı-Gəncə-Bakı istiqamətində
sərnişinlərin daşınmasına artan təlabatı təmin etməkdir. Noyabrın 9-da
bir istiqamətə təyin olunan 704 nömrəli Bakı-Gəncə sürətli sərnişin
qatarı saat  845-də Bakıdan yola düşəcək və  saat 1300-da  Gəncəyə
çatacaq.

Noyabrın 11-də isə Bakıdan və Gəncədən 704/703 nömrəli Bakı-Gəncə-Bakı
sürətli sərnişin qatarı iki istiqamətə təyin edilir. Saat  845-də
Bakıdan yola düşəcək qatar saat 1300-da  Gəncədə olacaq. Saat 1700-da
isə Gəncədən əks istiqamətə hərəkət edəcək, saat  2115-də  Bakıya
çatacaq.