İŞİD terror qruplaşmasının lideri Əbubəkr Bağdadi Suriyada gizlənir.
Bakıxəbər.az xəbər verir ki, bu barədə İraq Daxili İşlər Nazirliyinin Kəşfiyyat və Terrorçuluqla Mübarizə İdarəsinin rəhbəri Əbu Əli əl-Bəsri danışıb.
“Bizdə olan son informasiyaya görə, o, Deyr əz-Zordan 18 mil uzaqlıqda yerləşən Həcin şəhərindədir”, – Bəsri deyib.
Onun sözlərinə görə, bu informasiya onlara bir qədər əvvəl daxil olub. Sözügedən informasiyadan Rusiya, Suriya və İran silahlı qüvvələrinin birgə əməliyyatlarının həyata keçirilməsi məqsədi ilə istifadə edilməsi planlaşdırılır.