Dünyanın bəzi ölkələrində, o cümlədən Türkiyə və Yaponiyada “Google” sistemi, “Youtube”, “Gmail”, “Google Analytics” platformaları işləmir.

“Report” “CNNTurk”ə istinadən xəbər verir ki,  platformaların fəaliyyətində problem yaranıb.

Oxşar problemdə Azərbaycanın bəzi internet istifadəçiləri də üzləşib.

Məsələ ilə bağlı rəsmi açıqlama verilməyib.