ABŞ Prezidenti Donald Tramp İranı izləmək üçün İraqdan ölkədə hərbi iştirak barədə icazə istəməyib.

“Report” “Al-Arabia”ya istinadən xəbər verir ki, bu barədə İraq Prezidenti Bərham Saleh bildirib.

İraq Prezidenti əlavə edib ki, hökumət ABŞ-dan qoşunların sayı və onların missiyası barədə izahat gözləyəcək.

Daha əvvəl ABŞ Prezidenti Donald Tramp İranı təqib etmək üçün İraqdakı hərbi mövcudluqlarını qoruyacaqlarını açıqlayıb.