Bu gün, iyul ayının 27-də Abşeron rayonu Masazır qəsəbəsində yerləşən 33 № li Zəngilan rayon tam orta məktəbində Azərbaycan Respublikasının Prezidenti yanındaQeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Azad Müəllimlər” İctimai Birliyinin həyata keçirdiyi”Distant təhsillə bağlı maarifləndirmə tədbirlərinin təşkili” layihəsi çərçivəsində layihənin qimətləndirilməsi məqsədiilə yekun dəyərləndirmə mövzusunda dəyirmi masa keçirildi.
Dəyirmi masada “Azad Müəllimlər” İctimai Birliyinin sədri Pərvanə Talıbova çıxış edərək bildirdi ki, layihə çərçivəsində səkkiz təlim keçrildi. Hər təlimdə 2 təlimçi tərəfindən iştirakçı i şagirdlərə, müəllimlərə və valideynlərə eyni anda 2 təlim verildi. 50 nəfər iştirakçı hər birində 25 nəfər olmaqla 2 qrupa bölündü. Hər qrupda 15 müəllim, 5 valideyn və 5 şagird iştirak edirdi. Hər təlim 3 saat davam etdi. Hər təlimin sonunda nümunə dərsi verildi və iştirakçılar arasında sorğu aparıldı.
Tədbirdə Zəngilan rayon Təhsil Şöbəsi , İctimaiyyətin və layihədə iştirak etmiş məktəblərin nümayəndələri təmsil olundu. Yekunda layihə iştirakçılarına sertifikatlar təqdim olundu.

Xeberdar.net
“Azad Müəllimlər" İctimai Birliyinin layihəsininyekun dəyərləndirmə mövzusunda dəyirmi masa keçirildi
“Azad Müəllimlər" İctimai Birliyinin layihəsininyekun dəyərləndirmə mövzusunda dəyirmi masa keçirildi