Bu barədə Yenilik.az-a Masazır sakinləri müraciət ediblər.

Sakinlər qeyd edir ki, hazırda Masazır gölü ətrafında yerləşən bahalı villaların kanalizasiya tullantıları sözügedən mənbəyə axıdılır.

Sakinlər bildirir ki, Azərsun Holdinqə məxsus olan “Bizim duz” və “Azərduz” markaları məhz bu göldən toplanılan duzlardan hazırlanır.

Məsələ ilə bağlı Azərsun Holdinqlə telefon əlaqəsi saxladıqda gün ərzində açıqlama yayacaqlarını bildirsələr də, təəssüf ki, heç bir açıqlama redaksiyamıza daxil olmadı.

AQTA-dan isə bildirildi ki, araşdırma apardıqdan sonra bu barədə məlumat verəcəklər.