Ukraynanın Krivoy Roq şəhərində itkin düşmüş Azərbaycan vətəndaşı axtarılır.

“Report” “sud.ua” portalına istinadən xəbər verir ki, bu barədə yerli polisin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunur ki, 13 yaşlı İbrahim Talıb Ramil oğlu mayın 28-də səhər evdən çıxıb və bir daha geri qayıtmayıb. Onun harada olduğu barədə indiyədək heç nə məlum deyil.