Rusiyanın Sankt-Peterburq şəhərində azərbaycanlı iş adamı həmyerlisi tərəfindən güllələnib.

Bakıxəbər.az-ın xəbərinə görə, başından bir neçə güllə yarası almış 31 yaşlı Füzuli Q. adlı şəxsin meyiti aprelin 30-da axşam saatlarında aşkar edilib.

Hadisədə şübhəli bilinən digər azərbaycanlı sahibkar, 46 yaşlı Mahir M. axtarışa verilib. Onun silahlı olduğu deyilir.