“Ölkəmizin çətin günlərində medal qazandım”.

Bakıxəbər.az-ın məlumatına görə, bunu Macarıstanın paytaxtı Budapeştdəki Böyük Dəbilqə turnirində bürünc medal qazanan cüdoçu Orxan Səfərov deyib.

66 kq çəki dərəcəsində mübarizə aparan idmançı qələbəni şəhidlərə həsr etdiyini bildirib: “Azərbaycanın haqlı yoldadır, hər şey yaxşı olacaq. Qarabağ bizimdir və bizim olacaq”.

Qeyd edək ki, Orxan Səfərov bürünc medal uğrunda görüşdən sonra əsgər salamı verib.

Şövkət Hüseyinova