Serbiya xarici işlər naziri Nikola Selakoviç Azərbaycanın bu ölkədəki müvəqqəti işlər vəkili Elnur Quliyevi qəbul edib.

Bakıxəbər.az xəbər verir ki, bu barədə Serbiya XİN-nin tvitter səhifəsində məlumat verilib.

Bildirilib ki, görüş zamanı ikitərəfli əməkdaşlıq məsələləri müzakirə olunub: “Serbiya-Azərbaycan strateji tərəfdaşlığı xüsusilə suverenlik və ərazi bütövlüyü prinsiplərinə hörmət çərçivəsində qarşılıqlı anlaşma şəraitində mühüm əhəmiyyət daşıyır”.