Azərbaycanın korrupsiyaya qarşı mübarizə təcrübəsi sistemli, hərtərəfli və innovativ xarakter daşıyır. Bu istiqamətdə müvafiq proqramlar, qanunvericilik aktları qəbul olunub, bəhs olunan sahədə yeni strateji baxışlar və vəzifələr müəyyən edilib, korrupsiyaya qarşı mübarizə keyfiyyətcə yeni müstəviyə keçib. Həmçinin, dövlət orqanlarının fəaliyyətində şəffaflığın daha da artırılması üçün ictimai nəzarət mexanizmlərinin tətbiqinin genişləndirilməsi, ictimai şuraların fəaliyyətinin səmərəliliyi təmin olunması istiqamətində addımlar atılması da bu baxımdan xüsusi əhəmiyyətə malikdir.

Сiddi qanun pozuntularına yol vermiş vəzifəli şəxslərin məsuliyyətə cəlb olunması, həmçinin ictimai nəzarət mexanizmlərinin formalaşdırılması və bu sahədə vətəndaş cəmiyyəti institutlarının fəallığının təşviq edilməsi də ayrıca qeyd edilməlidir.

Bu istiqamətdə vaxtaşırı olaraq qərarların qəbul edilməsi, həmçinin verilən müvafiq tapşırıqlara uyğun olaraq davamlı addımların atılması öz növbəsində onu deməyə əsas verir ki, ölkəmizdə bundan sonra da korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizə qətiyyətlə davam etdiriləcək. Yeri gəlmişkən, Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının yeni tərkibdə ilk iclasında da bu məsələlər diqqət mərkəzində olub. Nəticə etibarilə, Azərbaycanda korrupsiyaya qarşı mübarizə gücləndirilir. Bu isə, şübhəsiz ki, vətəndaş məmnunluğunun yüksəlməsinə xidmət etməklə yanaşı, dövlətimizin milli gücünün artması baxımından da strateji əhəmiyyətli faktor kimi mühüm önəm daşıyır.

Anar MƏMMƏDOV
Milli Məclisin deputatı