Azərbaycanın müstəqil dövlət kimi yürütdüyü hərtərəfli siyasət,ardıcıl və məqsədyönlü xarakter daşıyan iqtisadi islahatlar istər beynəlxalq ictimaiyyətin,istərsə də beynəlxalq təşkilatların diqqət mərkəzindədir.

Qeyd etmək yerinə düşərdi ki,ölkəmizdə əsasən sosial-iqtisadi sahədə icra edilən islahatlar paketi öz müsbət nəticələrini verməkdə davam edir və bu nəticələr beynəlxalq qurumların araşdırmalarında da öz əksini tapır.

Qürurverici haldır ki,Azərbaycan “Doing Business 2020” hesabatında islahatları inkişaf etdirən 20 ölkə arasında yer alıb.Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Sebastian Molenous öz sosial şəbəkə hesabında bu məlumatı paylaşaraq ,bunu Azərbaycanın uğuru adlandırıb.

“Doing Business 2020”hesabatına əsasən Azərbaycan əsas 4 sahədə islahat aparıb və Azərbaycan “Doing Business”də asanlıqla ölçülə bilən 4 biznes yumşaltması həyata keçirib.Bu sahələr ”Əmlakın qeydiyyatı”,”Azlıqda olan investorların hüquqlarının müdafiəsi”,”Kreditlərin alınması” və “Müqavilələrin icrasının təmin edilməsi”sahələridir.

Bu hesabatda diqqət çəkən məqam Azərbaycanın biznes mühitinin yaxşılaşdırılması,sərmayə qoyuluşu,islahatların aparılması istiqamətləri üzrə inkişaf tempinin ifadə olunmasıdır.Belə ki,2017-ci ildən 2018-ci ilə irəliləyiş8 pillə olmuşdursa,2018-ci ildən 2019-cu ilə 32 pillə təşkil etmişdir.2019-cu ildən 2020-ci ilə kimi isə daha 5 pillə irəliləyiş nəzərdə tutulub.

Bu inkişaf tempi təsadüfi xarakter daşımır.Bütün bu pozitiv dinamika dayanıqlı inkişafı təmin etməyə yönəlmiş islahatların nəticəsidir.

Son 15 idə Azərbaycan iqtisadiyyatında ümumi daxili məhsulun 3,3 dəfə;sənaye istehsalının 2,6 dəfə;ixracın 4,7 dəfə,valyuta ehtiyatlarının 24 dəfə artması dediklərimizin rəqəmlərlə ifadəsidir.

Məhz bu faktların sayəsində müvafiq düzəlişlərdən sonra “Doing Business 2020”hesabatında Azərbaycanın əldə etdiyi bal 76,6 baldan 78,5 bala qədər artırılıb.Bununla da ölkəmizin qlobal reytinq sıralamasında mövqeyi 191 ölkə arasında 34-dən 28-ə yüksəlmişdir.Məhz bu mövqe irəliləməsi nəticəsində Azərbaycan Dünya Bankı tərəfindən yenidən “Dünyanın ən islahatçı on ölkəsindən biri”kimi qiymətləndirilib.

Bu islahatları hər bir Azərbaycan vətəndaşı öz həyatında hiss edir.Belə ki,yoxsulluq səviyyəsinə nəzər salsaq görərik ki,son 15 ildəyoxsulluq səviyyəsi 49 faizdən 5 faizə endirilmişdir.İşsizlik səviyyəsinin 10,6 faizdən 5 faizə düşməsi isə həyatımızdakı müsbət dinamikanın statistik göstəriciləridir.

Bu göstəricilərin nəticəsidir ki,Dünya Bankının 16 dekabr 2020-ci hesabatına əsasən Azərbaycan dünyanın ən islahatçı 10 ölkəsindən biri elan olunmuşdur.

Aparılmış müstəqil audit yoxlamalarının nəticəsi olaraq,Azərbaycanın reytinqinin 3 göstərici üzrə yenilənməsi haqqında ətraflı məlumat press relizə əlavədə qeyd olunmuşdur.

Azərbaycanın Dünya Bankı ilə sıx əməkdaşlığının 28 illik tarixi vardır.Dünyanın mühüm inkişaf institutu olan Dünya Bankı ölkəmizdə həyata keçirilən geniş miqyaslı islahatlara daim dəstək vermişdir.

Bütün bu pozitiv inkişaf dinamikasının təməlimüstəqil Azərbaycanın memarı  Ulu Öndər tərəfindən qoyulmuş ,bu gün isə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 17 il ərzində ,bütün sahələrdə olduğu kimi,iqtisadiyyat sahəsində də apardığı uğurlu siyasətin nəticəsidir.Məhz bu iqtisadiyyat sayəsinədə Azərbaycanın güclü,qüdrətli,nizami Ordusu formalaşdı.

Ehtiyatda olan bir zabit kimi,proseslərin birbaşa iştirakçısı kimi həmişə müşahidə etmişəm ki,iqtisadiyyatı  güclü olmayan dövlət hərb meydanında heç vaxt zəfər çala bilməz.Dövlət başçımızın uzaqgörən siyasəti nəticəsində biz buna nail olduq və bu gün başımızı uca tutaraq fəxarətlə deyirik:

 QARABAĞ BİZİMDİR!

QARABAĞ AZƏRBAYCANDIR!

Çingiz Dadaşov-Nəsimi rayon sakini,

ehtiyatda olan zabit,

 “Demokratik İnkişafın Təşviqi”-İB-nin sədri.