Azərbaycanla qonşu ölkələrdən biri olan Rusiyaya qarşı sanksiya tətbiq edən dövlətlərdən gətirilən quş növləri, ət, süd məhsulları, balıq, habelə qoz-fındıq, meyvə, tərəvəz və digər kənd təsərrüfatı məhsulları embarqo altındadır. Bu dövlətlər sırasında Avropa Birliyi ölkələri, ABŞ, Kanada, Avstraliya və Norveç də var. Nəticədə daxili bazarın balanslaşdırılması üçün Rusiya Federasiyası əsasən MDB ölkələrindən, o cümlədən Azərbaycandan ərzaq və kənd təsərrüfatı məhsullarının idxalını təşviq edir.

Bakıxəbər.az Azərbaycandan Rusiyaya kənd təsərrüfatı məhsullarının ixracı sahəsində ümumi vəziyyəti öyrənib.

Aqrar Elm və İnnovasiya Mərkəzinin şöbə müdiri, kənd təsərrüfatı üzrə ekspert Nicat Nəsirli hesab edir ki, kənd təsərrüfatı məhsullarının ixracı istiqamətində Rusiya bazarı Azərbaycan üçün çox əhəmiyyətli bazarlardan biridir: