Sabirabadda faciəli hadisə baş verib.

APA-nın məlumatına görə, rayonun Qaragüney kəndində təşkil olunmuş xınayaxdı mərasiminə qatılmış qonaqlardan biri Arif Kərim oğlu Fətişov qəflətən sönmüş elektrik lampasını yandırmaq istəyərkən cərəyan vurmasi nəticəsində ölüb.

Faktla bağlı Sabirabad rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.