Bu gün Mərkəzi Bankda (AMB) Azərbaycan Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.

“Report” bu barədə AMB-yə istinadən xəbər verir.

Məlumatda deyilir ki, ABŞ dollarına tələb iyulun 7-nə nisbətən 1,1 milyon ABŞ dolları və yaxud, təxminən, 2% azalaraq 52,7 milyon ABŞ dolları təşkil edib. Tələb tam ödənilib.

Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 AZN/USD səviyyəsində formalaşıb.