Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği bu il yanvarın 1-nə 1 273,1 milyon manat təşkil edib.

Bakıxəbər.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən il dekabrın 1-i ilə müqayisədə 9,7%, ötən il yanvarın 1-nə nisbətən isə 19,7% azdır.

Bu ilin əvvəlinə vaxtı keçmiş kreditlərin xüsusi çəkisi 8,3% olub. Bu nisbət ötən il dekabrın əvvəlinə 9,3%, ötən ilin əvvəlinə isə 12,2% təşkil edib.