Azərbaycanda indiyədək koronavirus infeksiyasından sağalanların sayı açıqlanıb.

Bakıxəbər.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Hazırkı dövrədək ölkəmizdə 3 631 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 2 253 nəfər müalicə olunaraq sağalıb, 43 nəfər vəfat edib, 1 335 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Həmin şəxslərdən 46 nəfərin vəziyyəti ağır, 64 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.