Bakının bir çox ərazisinə elektrik enerjisinin verilməsi dayanıb.

Axar.az xəbər verir ki, enerji kəsintisinin səbəbi açıqlanmayıb.

***

Azərenerji ASC-nin mətbuat katibi Yəhya Babanlının Axar.az-a verdiyi məlumata görə, Ağsu rayonu Bico kəndi ərazisindən keçən yüksək gərginlikli elektrik verilişi xətlərinin altında naməlum səbəbdən baş vermiş yanğın nəticəsində elektrik enerjisi təminatında müəyyən məhdudiyyətlər yaranmışdır. Hadisənin başvermə səbəbləri araşdırılır.