“Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-də “Azərkosmos” ASC-nin nümayəndələri ilə görüş keçirilib.

Məlumata görə, görüş ölkə prezidentinin “Peyk vasitəsilə Yerin məsafədən müşahidəsi xidmətlərinin inkişakına dair 2019-2022-ci illər üçün Dövlət proqramı”nın təsdiq edilməsi haqqında məlum Sərəncamının icrası çərçivəsində baş tutub. Görüşdə meliorasiya və su təsərrüfatı sahəsində Peyk təsvirlərindən istifadə imkanlarına dair müzakirələr aparılıb.

Peyk təsvirindən istifadənin meliorasiya və su təsərrüfatı sahəsinin inkişafında, xüsusilə elmi-tədqiqat, layihə-axtarış və su təsərrüfatı obyektlərinin monitorinqi kimi işlərdə mühüm əhəmiyyətə malik olduğu qeyd edilib. İki dövlət qurumu arasında mütəmadi əməkdaşlığın davam etdiriləcəyi bildirilib.