Bu gündən fevralın 8-dək saat 06:00-dək bütün ölkə ərazisində ictimai nəqliyyatın fəaliyyəti dayandırılıb.

Bakıxəbər.az-ın məlumatına əsasən, ictimai nəqliyyatın fəaliyyətinə tətbiq olunan məhdudiyyət “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 12 sentyabr tarixli 336 nömrəli Qərarında edilən dəyişikliyə əsasən həyata keçirilir.

Mart ayının sonuna kimi ictimai nəqliyyatın hərəkəti hər həftəsonu dayandırılacaq.

Qeyd edək ki, Bakı metropolitenində də sərnişindaşıma dayandırılıb.

 

 

Şölə Beyləqanl (Ş hüseyinova)