17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması bu gün Avropa çempionatının ilkin seçmə mərhələsində ilk oyununu keçirəcək.

“Report” xəbər verir ki, Ramin Quliyevin baş məşqçi olduğu komanda Norveç millisi ilə üz-üzə gələcək. Görüş Albaniyanın Luşnya şəhərindəki “Roza Haciu” stadionunda keçiriləcək. Bakı vaxtı ilə saat 14:00-da başlanacaq qarşılaşmanı bosniya və herseqovinalı referi Admir Şehoviç idarə edəcək.

Saat 16:00-da isə Elbasandakı eyniadlı arenada Çexiya və Albaniya yığmaları görüşəcək.

Qeyd edək ki, 8-ci qrupda yer alan Azərbaycan millisi oktyabrın 26-da Çexiya, oktyabrın 29-da Albaniya ilə qarşılaşacaq.

Avropa çempionatı, VIII qrup

14:00. Azərbaycan – Norveç

Baş hakim: Admir Şehoviç (Bosniya və Herseqovina)

Baş hakimin köməkçiləri: Sreten Udoviçiç (Bosniya və Herseqovina), Elis Pulaj (Albaniya)

Dördüncü hakim: Florian Lata (Albaniya)

Luşnya, “Roza Haciu” stadionu