“Aktau sammitində 25 illik danışıqlardan sonra ilk dəfə Xəzərin statusu üzrə böyük uğur əldə etdik”.

Bakıxəbər.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov “Euractiv” nəşrinə müsahibəsində deyib.

E.Məmmədyarov bildirib ki, uğur əldə etmək asan olmayıb: “Çünki Xəzəryanı ölkələrin hər birinin bu məsələ ilə bağlı öz mövqeyi var idi. Amma kompromis tapmağa qərar verdik. Bu, yalnız Xəzəryanı ölkələr arasında əməkdaşlıq üçün böyük imkanlar açmağa yardım etməyəcək, eyni zamanda Xəzər dənizində daşınmalar üzrə daha çox imkan yaradacaq”.

Xatırladaq ki, bu il avqustun 12-də Qazaxıstanın Aktau şəhərində keçirilmiş Xəzəryanı ölkələrin dövlət başçılarının V sammitində liderlər Xəzərin statusu haqqında Konvensiya imzalayıblar.