Bildiyimiz kimi dövlət başçımız 2020-ci  dekabrın 12-də ATƏT-in Minsk qrupunun Fransadan olan həmsədri Stefan Viskontini,ABŞ-dan olan həmsədri Endrü Şoferi,Rusiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixail Boçarnikovu və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşiki qəbul etmişdir.

Həmişə olduğu kimi bu dəfə də xalqımızın iradəsini ifadə edərək cənab prezident İlham Əliyev öz qətiyyətli mövqeyini qoruyub saxlamış,uzaqgörən siyasi lider olduğunu bir daha nümayiş etdirmişdir.Özünəməxsus tərzdə bəyan etmişdir ki,Azərbaycan 30 ilə yaxın davam edən münaqişəni özü həll etdi,buna güc yolu və siyasi vasitələrlə nail oldu.Bildirdi ki,Prezident Putinin də qeyd etdiyi kimi ,artıq Dağlıq Qarabağ münaqişəsi tarixə qovuşub.

Cənab Prezident açıq –aydın vurğuladı ki,təəssüflər olsun ki, Minsk qrupu münaqişənin həllində heç bir rol oynamayıb.Halbuki bunu etmək üçün Minsk qrupu 28 il ərzində müvafiq mandata sahib idi.

Bütün dünyanın gözü qarşısında Azərbaycan öz yenilməzliyini bir daha isbat etdi.Belə ki,30 il ərzində beynəlxalq təşkilatların edə bilmədiyini,daha dəqiq desək etmək ismədiyini Azərbaycan Ordusu Ali Baş Komandanın iradəsi, qətiyyəti,əzmkarlığı,diplomatiyası sayəsində 44 gün ərzində həyata keçirdi.Bu faktı xüsusilə vurğulayaraq Ali Baş Komandan bəyan etdi ki, Azərbaycan bu məsələni özü həll etmişdir.Qürurverici haldır ki,Azərbaycan Ermənistanı döyüş meydanında məğlub edərək ,işğalçını məğlubiyyətini etiraf etməyə və Ermənistanın kapitulyasiyası hesab etdiyimiz Bəyanatı imzalamağa məcbur etdi.Bu faktı bəyan edən Ali Baş Komandan haqlı olaraq vurğuladı ki,Ermənistan tərəfi bunu alçaldıcı kapitulyasiya adlandırır.Bunun tam məsuliyyəti Paşinyan diktatura rejiminin üzərinə düşür.

Paşinyan heç vaxt verdiyi vədlərə sadiq olmayıb.Dövlət başçımız faktlarla bir daha sübut etdi ki, və həmsədrlərin diqqətinə çatdırdı ki,o yalançıdır və indi də yalan danışmağa davam edir.Ancaq bunun artıq Azərbaycanla heç bir əlaqəsi yoxdur.Bu,artıq Ermənistanın daxili siyasətinə aiddir.

Erməni barbarlığına gəldikdə isə bu bütün dünyanın gözü qarşısında baş verib və əvvəlki yazılarımda da qeyd etdiyim kimi dünya bunu görməzdən gəlib.Bu gün isə çağrılmamış qonaq kimi sanki üzrxahlıq edirlər.Ali Baş Komandan Aliliyini bir daha sübut edərək bu çağrılmamış qonaqları humanizm prinsiplərinə sadiq qalaraq təmkinlə,səbrlə qəbul etdi və bir daha onalrın timsalında dünyanı faktlar qarşısında aciz qoydu.

Cənab Prezidentin də vurğuladığı kimi ,44 gün ərzində Azərbaycan xalqı ilə açıq və səmimi olduğu kimi ,onlarla da  eyni dərəcədə açıq və səmimi danışdı.Bütün bu 44 gün ərzində xalqına və bütün media mənsublarına yalnız həqiqıti söyləyən Ali Baş Komandan bu dəfə də ənənəsinə sadiq qaldı.Budur bizi erməni tərəfindən fərqləndirən əsas cəhət.Paşinyan isə nəinki xalqına ,gündə bir neçə dəfə zəng etdiyi havadarlarına  belə ,yalan danışmaqda davam edir.

Ali Baş Komandanın da vurğuladığı kimi ,artıq bu məsələlər bizi maraqlandırmır.

Biz bu məsələni həll etdik.Biz ərazimizi işğaldan azad etdik.-deyərək Ali Baş Komandan bir daha hər birimizin ürəyindən xəbər verdi.

Mən isə öz növbəmdə bizi qalib xalq edən ,qürürlandıran,başımızı dik tutmağa səbəb verən,şəhidlərimizin qanını torpağa qarışdırıb Vətən edən,qisasımızı qiyamətə qoymayan ,beynəlxalq arenada çəkinmədən xalqın iradəsini ifadə edən,dünyaya səs salan çıxışları ilə düşmənə gözdağı verən Ali Baş Komandana,müzəffər Ordumuza və birlik nümayiş etdirən xalqımıza bir daha təşəkkür edirəm.

Ölməz Şəhidlərimizin ruhu qarşısında baş əyərək iftixarla car cəkirəm:

QARABAĞ BİZİMDİR!

QARABAĞ AZƏRBAYCANDIR!

                                                                  Çingiz Dadaşov-Nəsimi rayon sakini,

                                                                    ehtiyatda olan zabit,

                                                              “Demokratik İnkişafın Təşviqi”-İB-nin sədri.