Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Yeni Azərbaycan Partiyasının 5mart 2021-ci il tarixdə keçirilmiş VII Qurultayında çıxış edərkən qeyd etmişdir ki,Yeni Azərbaycan Partiyasının təməli Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuşdur.O dövrdən bu günə qədər keçən zaman kəsiyində Ulu öndərin təcrübəsi və siyasi peşəkarlığı sayəsində YAP ölkədə ən böyük və effektiv siyasi qüvvəyə çevrilmişdir.Heydər Əliyevin siyasi təcrübəsi,xalqın qarşısındakı xidmətləri,Vətəninə ,millətinə olan sadiqliyi Azərbaycanın mütərəqqi insanlarını bu partiyanın ətrafında sıx birləşdirdi.Bu baxımdan Ulu Öndərin miras qoyub getdiyi bu siyasi irs öyrənilmişdir və bu gün də öz aktuallığını itirmir.

Yaxın keçmişə nəzər salsaq görərik ki,Ulu Öndər 1969-cu ildə Azərbaycana rəhbərlik etməyə başlayanda Azərbaycan Respublikası Sovet İttifaqının müttəfiq respublikaları arasında bütün göstəricilərə görə axırıncı yerlərdə idi.Ümummilli Liderin siyasi fəaliyyəti dövründə isə 1982-ci ildə artıq bu göstəricilər nəzərəçarpacaq dəərəcədə irəliləmiş,respublika qabaqcıl yerlərdən birini tutmuşdur.Əgər iki respublika donor respublika idisə ,onlardan biri Azərbaycan idi.O dövrdə Ulu Öndərin həm sənaye,həm kənd təsərrüfatı,həm yüngül sənaye sahələrinin böyük dərəcədə inkişaf etdirilməsi sahəsində gördüyü işlər danılmazdır.

Dövlətin mənafeyini şəxsi maraqlarından həmişə üstün  tutaraq xalqının,dövlətinin müsttəqilliyi uğrunda daim mübarizə aparmışdır.Bu istiqamət Heydər Əliyev siyasətinin əsas prioritetinə çevrilmişdir.Nəzərə alsaq ki,o dövrdə bunu dilə gətirmək belə mümkün deyildi .Sovet İttifaqının yaydığı absurd fikirlərə görə sanki Azərbaycan xalqı müstəqillik istəmir,Sovet İttifaqının tərkibində yaşamaq istəyirdi.

20 Yanvar hadisələri ,Azərbaycana qarşı edilən ədalətsizlik ,Dağlıq Qarabağ və ətraf bölgələrdən azərbaycanlıların qovulması ,eləcə də Ermənistandan azərbaycanlıların qovulması –bütün bunlar Azərbaycan xalqının qəlbində bir yaraya çevrilib qövr edirdi.Belə bir dövrdə ulu Öndərin ikinci dəfə hakimiyyətə gəlməsi ilə Azərbaycanın tarixində yeni inkişaf mərhələsi başladı.

Belə ki,1993-cü ilin oktyabr ayında Ulu Öndər Heydər Əliyev xalqın mütləq əksəriyyətinin dəstəyi ilə Prezident olaraq seçildi və ölkənin böhrandan çıxma prosesi başladı.

1993-2003-cü illər ölkənin inkişafında həlledici illər oldu.Məhz bu illərdə dövlətçiliyin əsası qoyuldu.20Yanvar faciəsinə siyası qiymət verildi.Konstitusiya məhz bu dövrdə qəbul edildi.Senzura məhz onun tərəfindən ləğv edildi.Siyasi islahatlara start verildi.Çoxpartiyalı sistem yaradıldı.Azərbaycan beynəlxalq təcriddən çıxdı.Artıq hörmətlı ölkə kimi tanınmağa başladı.Ölkəmizə məhz bu dövrdə böyük investisiyalar cəlb edildi.Ordu quruculuğuna start verildi.Kadrların yetişdirilməsi ilə bağlı önəmli addımlar atıldı.O kadrlar ki .bu gün ölkəmizin müxtəlif sahələrində öz töhfələrini verir.

Bütün bu atılan addımlar Azərbaycanın davamlı inkişafını bu gün də təmin etməkdədir.Məhz bu addımların sayəsində Azərbaycanın regional təşəbbüslərinin əhəmiyyəti ildən ilə artır.

Dövlətin milli maraqları daim qorunur.İslahatlar davamlı olaraq aparılır.Prezident və parlament seçkilərinin ölkəmizin müasir həyatında xüsusi yeri vardır.Xüsusilə nəzərə alsaq ki, prezident və parlament seçkilərində ölkəmizdə gedən islahatlar daha bir mərhələyə qədəm qoydu və bu gün Azərbaycan genişmiqyaslı islahatlar aparan ölkədir.

Azərbaycanın iqtisadi potensialı da daim artmaqda davam edir.Bu gün istənilən meyar və ya parametr üzrə heç kimdən asılı deyilik.İqtisadi sahədə ən qabaqcıl yerlərdəyik.İstər xarici borc baxımından istər iqtisadi artım baxımından və adambaşına düşən valyuta ehtiyatları baxımından bu belədir.

Davamlı iqtisadi inkişaf üçün Azərbaycanda bütün amillər mövcuddur.Ölkəmizə gələn investisiyalar dayanmadan artır.Bunun əsas amili isə daxili sabitlikdir.

Bu nöqtəyə gəlib çatmaq isə heç də asan olmayıb.Müstəqilliyin ilk illərində xalqımız böyük çətinliklərlə üzləşib.O dövrü təsəvvür etmək üçün bu gün Ermənistanda baş verən hadisələrə nəzər salmaq kifayətdir.

Amma bu gün fəxrlə deyə bilirik ki, Böyük Qələbə ölkəmizin tarixində yeni inkişaf mərhələsinin başlanğıcıdır.Tarixi ədalətin bərpa olunması Azərbaycanı beynəlxalq arenada da söz sahibi etdi.

Azərbaycan köklü surətdə bölgədə vəziyyəti dəyşdirə bildi.Beynəlxalq müstəvidə fəal mövqe və qlobal təşəbbüslər Azərbaycana çoxlu sayda tərəfdaş qazandırdı.

Ölkımizdıə yaranan siyasi dialoq “Dəmir yumruq” ətrafında bizi xalq olaraq sıx birləşdirdi.Ölkəmizin gələcək siyasi sistemi üçün,siyasi sisteminin təkmilləşməsi üçün bunun böyük əhəmiyyəti vardır.

Bu gün Azərbaycan iqtidarı verdiyi vədlərə sadiqdir.Bu birliyi qoruyub saxlamaq isə xalq olaraq hər birimizin vətəndaşlıq borcudur.Əminliklə deyə bilərəm ki, hər birimiz bu yolda sarsılmaz birliyimizi qoruyub saxlamağa hazırıq.

Çingiz Dadaşov,hüquqşünas.